
Argentina millisinin yeni formaları təqdim olundu – FOTO
Argentina millisi yeni formalarını təqdim edib.
Komanda.az Argentina Futbol Assosasiyasına istinadən xəbər verir ki, Almaniyanın “Adidas” şirkəti son dünya çempionlarının texniki sponsoru olacaq.
Yeni formalar komandanın 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbədən ilhamlanıb. Mundialın həlledici oyununda argentinalılar Fransaya penaltilər seriyasında qalib gəliblər (penaltilərdə 3:3, 4:2).
Ev dəsti ənənəvi mavi və ağ rənglərdə hazırlanıb. Səfər forması isə stadionlardakı azarkeş bayraqlarını simvolizə edən açıq mavi əlavələrlə mavi rəngdədir.
Argentina milli komandası 3 dəfə – 1978, 1986 və 2022-ci illərdə dünya çempionatının qalibi olub.


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin