Argentina yığmasının sabiq üzvü komaya düşdü

Argentina millisinin və İspaniyanın “Valensiya” klubunun sabiq futbolçusu Fernando Kaseres xəstəxanaya yerləşdirilib.

Komanda.az xəbər verir ki, bu barədə “Valensiya” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 52 yaşlı keçmiş müdafiəçinin komaya düşdüyü bildirilib. Kaseresin hansı səbəbdən komaya düşdüyü açıqlanmayıb.

Kaseres, 2009-cu ildə Argentinada başından güllə yarası almış və 8 həftə komada qalmışdı. Futbolçunun səhhəti sonradan yaxşılaşmışdı.

Kaseres İspaniyada “Valensiya”, “Selta”, “Saraqosa”, “Kordoba” klublarının formasını geyinib. Keçmiş müdafiəçi Argentina yığmasında 24 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button