Argentina millisinin üzvü rəsmən “Portu”da
Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Argentina milli komandasının qapıçısı Aqustin Marçesini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikanın “Amerika” klubundan transfer olunan 31 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma Portuqaliya mətbuatının yazdığına görə, “Portu” bu transferə görə 4,5 milyon avrosundan keçib.
“Lanus”un yetirməsi olan Aqustin, “Santos Lqaquna”da da forma geyinib. O, “Amerika”da 2017-ci ildən çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin