Argentina millisinin üzvü MLS-də

ABŞ-ın “Çikaqo Fayr” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, MLS təmsilçisi Çinin “Dalyan İfan” klubundan Nikolas Qaytanı transfer edib. Bu barədə “Dalyan İfan”ın rəsmi saytı məlumat yayıb. 31 yaşlı hücumçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində “Benfika” və “Atletiko” kimi komandalarda forma geyinən Qaytan, 2018-ci ilin fevralından “Dalyan İfan” klubunda çıxış edirdi.

Qaytan 19 dəfə də Argentina millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button