Batistuta məşqçiliyə başlayır
Argentina millisinin sabiq üzvü Qabriel Batistuta məşqçiliyə başlayır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu İngiltərənin “Middlsbro” klubunda işləməyə yaxındır. Batistutanın Çempionşip təmsilçisinin rəhbərliyi ilə görüşdüyü və baş məşqçi postuna öz namizədliyini irəli sürdüyü bildirilir.
Futbolçu karyerası ərzində “Roma”, “İnter”, “Fiorentina” kimi klublarda çıxış edən Batistuta, 77 dəfə də Argentina millisinin formasını geyinib. O, yığmada 54 qola imza atıb.
“Middlsbro” klubu bir müddət əvvəl baş məşqçisi Toni Pyulislə yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin