Argentina millisinin sabiq üzvü Meksikada
Argentina millisinin sabiq futbolçusu Martin Palermonun yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, Palermo Meksikanın “Paçuka” klubunda baş məşqçi postuna təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu karyerası ərzində “Boka Xuniors”, “Vilyarreal”, “Betis” kimi klublarda forma geyinən Palermo, son olaraq Çilinin “Yunion Espanyola” klubunda baş məşqçilik edirdi.
Palermo 13 dəfə də Argentina millisinin şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin