Argentina millisinin sabiq qapıçısı vəfat edib

Argentina millisinin sabiq qapıçısı Uqo Qatti 80 yaşında vəfat edib. O, Buenos-Ayresdə xəstəxanada ölüb.

Sabiq futbolçu son iki ayı xəstəxana çarpayısında keçirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, argentinalı keçmiş qolkiperin ölümünə səbəb pnevmoniya və kəskin böyrək çatışmazlığı olub.

Qatti Argentina millisində 18 oyun keçirib. Klub səviyyəsində o, “River Pleyt” və “Boka Xuniors”dakı çıxışı ilə tanınır. O, “Boka Xuniors”la 3 Argentina çempionluğunu, 2 dəfə isə Libertadores kubokunu qazanıb və həmçinin, Qitələrarası kubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button