Argentina millisinin məşqçisi silahlı hücuma məruz qaldı, qarət olundu

Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahlı hücuma məruz qalıb və qarət edilib.

Komanda.az xəbər verir ki, hadisə Buenos-Ayres əyalətində baş verib.

48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən 3 nəfər silahlı şəxs onun qarşısını kəsib. Onlar Ayalanı dayandırmaq üçün əvvəlcə maşına daş atıblar. Ardınca isə əllərindəki tapança ilə məşqçini hədələyərək, onun təqribən 5600 avro pulunu və mobil telefonunu götürüblər.

Həmin vaxt yoldan keçən başqa bir sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.

Roberto Ayala futbolçu karyerası dönəmində “River Pleyt”, “Napoli”, “Milan”, “Valensiya”, “Saraqosa” və “Rasinq” klublarının formasını geyinib. O, 116 oyuna çıxdığı Argentina millisində 2018-ci ildən köməkçi məşqçi vəzifəsində çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button