Messi DÇ-2022-nin seçmə mərhələ oyunlarını buraxa bilər
Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsinin qarşıdakı iki oyununu buraxa bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni koronavirusdan yeni sağalan futbolçuya DÇ-2022-nin matçlarında meydana çıxmamağı məsləhət görüb. Messi Skaloninin bu tövsiyəsinə hələ cavab verməyib.
Argentina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yanvarın 28-də Çilinin qonağı olacaq, fevralın 2-də isə Kolumbiya ilə üz-üzə gələcək.
Argentina millisi Qətərdə keçiriləcək mundiala vəsiqəni təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin