İddia: Argentina millisinin baş məşqçisi Messiyə görə istefa vermək istəyir
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandadan ayrılmaq istəyir.
Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, buna səbəb onun yığmanın kapitanı Lionel Messi ilə yola getməməsidir.
Artıq Skaloninin yığmadakı mühitdən bezdiyi bildirilib. Onun üçün xoşagəlməz hallardan ən sonuncusu isə noyabr ayında Braziliya yığması ilə oyunda baş verib. Həmin vaxt Messinin matçın start fitindən əvvəl polislə qarşıdurmaya görə komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparması da baş məşqçidən icazəsiz edilib. Bu hadisə Skaloni və məşqçilər heyətini narazı salıb.
Argentina millisi 1986-cı ildən sonra ilk dəfə Skaloninin rəhbərliyi altında dünya çempionluğunu qazanıb. DÇ-2022-nin qalibi olduqdan sonra Skaloninin müqaviləsi 2026-cı ilə qədər uzadılıb.
Bizi Facebook-da izləyin