“Sarı” aldı, Amerika kubokunun tarixinə düşdü

Argentina millisi Amerika kubokunun 3-cü turunda Qətəri məğlub edərək, 1/4 final mərhələsinə yüksəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə Amerika kuboku tarixində bir ilk yaşanıb. Belə ki, oyunun çilili baş hakimi Xulio Qonsales Argentina millisinin baş məşqçisi Lionel Skalonini etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Skaloni, Amerika kuboku tarixində ilk sarı vərəqə alan baş məşqçi olub.

Argentina millisi Amerika kubokunun 1/4 final mərhələsində Venesuela yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button