“Messini o qədər çox sevirlər ki…” – Skaloni
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika kubokunun yarımfinalında Braziliya ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Skaloni, yığma üzvlərinin Lionel Messi üçün Amerika kubokunu qazanmaq istədiklərini deyib:
“Millidəki oyunçular Messini o qədər çox sevirlər ki, hətta arada danışırlar ki, onun üçün Amerika kubokunu qazanmalıyıq. Təəssüf ki, dünyanın ən yaxşı futbolçusunun milli komanda ilə heç bir titulu yoxdur”.
Braziliya – Argentina matçı bu gün, saat 04:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin