Argentinalı futbolçu Messi ilə görüşəndən sonra əllərini yumayacağını deyib
Argentina millisinin vingeri Matias Soul yığmanın hücumçusu Lionel Messi ilə görüşündən danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, Messinin çox yaxşı insan olduğunu deyib:
“Mən milli komandaya daha sonra gəldim və otaqları gəzdim. Messi yalnız salam vermək üçün çıxdı. Bundan sonra öz-özümə dedim ki, daha əllərimi yumayacam (gülür). Biz çox ünsiyyət qurmadıq, amma onun çox yaxşı insan olduğu dərhal aydın oldu”.
Soul bu mövsüm “Frozinone”də icarə əsasında çıxış edir. O, bütün turnirlərdə 31 matçda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin