Argentina millisində final öncəsi Akunya şoku

Argentina yığması Qətərdə keçirilən dünya çempionatında Fransa ilə final oyunundan öncə ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Markos Akunya matçdan öncə isinmə hərəkəti edən zaman zədə alıb.

Start heyətdə meydana çıxmalı olan futbolçunun vəziyyəti ağır olduğundan, məşqçilər korpusu onu əvəzləmək məcburiyyətində qalıb. Belə ki, həlledici matçın ilk dəqiqələrindən Akunyanın əvəzində Nikolas Talyafiko oynayacaq. Artıq matçın rəsmi protokolunda da bununla bağlı müvafiq dəyişiklik edilib.

Argentina – Fransa matçına saat 19:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button