“Argentina millisində 26 döyüşçü var” – Otamendi

Argentina milli komandası DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək (3:0), finala yüksəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin futbolçusu Nikolas Otamendi yığmanın futbolçularını döyüşçülərə bənzədib:

“Komandada bir-biri və xalq üçün döyüşməyə hazır olan 26 döyüşçü var. Biz komanda olaraq güclüyük. Vacib olan da budur. Finala çıxacağımıza ümid edirdik. İndi biz məqsədimizə çatmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Argentina millisi DÇ-2022-nin final mərhələsində Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button