Argentina millisi Bakıdakı dünya çempionatından xalsız ayrıldı

Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.

Komanda.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb – 4:1.

Hər iki komanda mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.

G qrupunun Çexiya – Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.

Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button