Messi: “Onun yanımızda olduğunu hiss etdik”
Argentina milli komandasının futbolçusu Lionel Messi DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsi çərçivəsində Çiliyə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, yığmanın mətbuat xidmətinə danışan Messi, 1:1 hesabıyla bitən matçın nəticəsindən razı qaldığını deyib:
“Uzun müddət idi birlikdə oynamırdıq. Qayıdıb yaxşı oynamaq asan deyil. Oyunun bəzi hissələrində yaxşı, bəzilərində pis çıxış etdik. Qalib gələ bilməsək də, nəticədən məmnunam. Yavaş-yavaş daha güclü olacağıq.
Dieqo Maradonanın ölümündən sonra millinin ilk oyunu olduğu üçün xüsusi matç idi. Milli komandanın Maradona üçün nə demək olduğunu yaxşı bilirdik və bu gün görünməsə də, onun yanımızda olduğunu hiss etdik”.
Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. Argentina – Çili matçından əvvəl qarşılaşmanın keçirildiyi “Unico Madres de Cuidades” stadionunun qarşısında mərhum futbolçunun heykəlinin açılışı olub.
Bizi Facebook-da izləyin