“Milliyə dəvət almaq üçün qol vurmalıdır”
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni Mauro İkardi haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Skaloni, 26 yaşlı hücumçunun istənilən anda yığmaya çağırıla biləcəyini deyib:
“İkardini izləyirik, o yenidən oynamağa başlayıb. Ancaq milliyə dəvət almaq üçün qol vurmalıdır. İndi ondan daha yaxşı oynayan futbolçularımız var. Ancaq o, hər zaman bizim üçün namizədlər arasında olub. İkardi istənilən vaxt yığmaya qayıda bilər. Qapılarımız ona açıqdır”.
İlk dəfə 2013-cü ildə Argentina millisinə dəvət alan İkardi, yığmada 8 oyun keçirib. PSJ-də forma geyinən hücumçu Paris təmsilçisi ilə 10 oyuna çıxıb və 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin