“Cənubi Amerikada ardıcıl üç oyun oynamaq çətindir” – Skaloni
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin seçmə mərhələsində Perunu məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Skaloni, 1:0 hesabıyla bitən oyunu belə şərh edib:
“Çox vacib oyun idi. Nəticədən məmnunam. Peru yaxşı oynadı və bizə çətinlik yaratdı. Bütün oyuna nəzarət bizdə idi və layiqli qələbə qazandığımızı düşünürəm.
Komandada yorğunluq hiss etdim. Cənubi Amerikada ardıcıl üç oyun oynamaq çətindir. Çox yorucu olur. Buna baxmayaraq, lazım olan nəticəni əldə edə bildik”.
Argentina yığması DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələdə 12 turdan sonra 25 xalla 2-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin