Argentina klubu “sükan”ı “Real”ın keçmiş futbolçusuna tapşırıb

“Real”ın keçmiş yarımmüdafiəçisi Fernando Qaqo “Boka Xuniors”un baş məşqçisi olub.

Komanda.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı məşqçi 2020-ci ildə futbolçu karyerasını başa vurub. Onun son iş yeri Meksikanın “Qvadalahara” klubu olub.

Qaqo “Real”ın heyətində iki dəfə İspaniya çempionu (2006/07 və 2008/09 mövsümləri) adını, həmçinin 2008-ci ildə İspaniya kubokunu və superkubokunu qazanıb. Keçmiş yarımmüdafiəçi peşəkar futbolçu karyerasına məhz “Boka Xuniors” klubunda başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button