Argentina klubu Musleranı transfer etdi

Argentina təmsilçisi “Estudiantes” Türkiyənin “Qalatasaray” komandasından ayrılan qapıçı Fernando Musleranı transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə cənubi amerikalıların mətbuat xidməti məlumat yayıb.

39 yaşlı qolkiper 2025/2026 mövsümündə “Estudiantes”in şərəfini qoruyacaq.

Muslera 2011-ci ildən 2025-ci ilə qədər “Qalatasaray”da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera “sarı-qırmızılar”la 8 dəfə Super Liqanın, 5 dəfə Türkiyə kubokunun, 6 dəfə superkubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button