Sabiq futbolçu: “Argentina keçmiş nasistlər üçün sığınacaq ölkəsidir”
Argentina milli komandasının oyunçuları Amerika kubokunu qazandıqdan sonra fransalı futbolçuları irqçilik zəminində təhqir edən mahnı oxuyublar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada anadan olan seneqallı sabiq hücumçu Demba Ba hadisəyə kifayət qədər sərt reaksiya verib:
“Argentina keçmiş nasistlər üçün sığınacaq ölkəsidir. 1945-ci ildən bəri hərbi cinayətkarları qəbul edirlər. Bu da sizi təəccübləndirir…”
Argentinanın idman nazirinin müavini komandanın kapitanı Lionel Messinin baş verən hadisəyə görə üzr istəməsini tələb etdikdən sonra işdən çıxarılıb.
Argentina millisi Amerika kubokunun finalında Kolumbiya yığmasına qalib gəlib (1:0).
Argentina yığması DÇ-2022-nin final matçında Fransanı penaltilər seriyasında məğlub edərək, dünya çempionluğunu qazanmışdı.
Bizi Facebook-da izləyin