Argentinanın ən bahalı transferi olacaq – “Real”la anlaşan futbolçu

“Real” “River Pleyt”in yarımmüdafiəçisi Franko Mastantuono ilə uzunmüddətli müqavilə barədə prinsipial razılığa gəlib.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.

Onun transfer məbləği 45 milyon avro təşkil edəcək ki, bu da Mastantuononun Argentina futbol tarixində ən bahalı oyunçu olmasını təmin edir. “Real” üçün bu, gələcəyə yönəlmiş, gənc istedada strateji sərmayədir.

Argentinalı futbolçu artıq Madriddə yaşayış yeri axtarmağa başlayıb ki, bu da hər iki tərəfin ciddi niyyətini təsdiqləyir. Onun Klublararası dünya çempionatından dərhal sonra “Real”a qoşulması gözlənilir.

Mastantuono gənc yaşına baxmayaraq, Argentina millisində debüt edib və Cənubi Amerikanın ən perspektivli yarımmüdafiəçilərindən sayılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button