Federasiya prezidenti FİFA-dan qovuldu
Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia FİFA-nın konsulluğundan çıxarılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) qəbul edib. Tapianın qovulmasına səbəb, Amerika kuboku-2019-a görə Braziliya Futbol Federasiyasını və KONMEBOL-u tənqid edən açıqlama verməsi olub.
KONMEBOL yaxın zamanda Tapianın yerinə yeni üzv üçün seçkilərin keçiriləcəyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin