Argentina millisində Skaloni ilə bağlı qərar verildi

Argentina Futbol Federasiyası milli komandanın baş məşqçisi Lionel Skaloni ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, Skaloni, DÇ-2022-nin seçmə mərhələsinin oyunlarında da Argentina millisinin “sükanı arxasında” olacaq. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Skaloni DÇ-2018-dən sonra Argentina millisində baş məşqçi postuna gətirilmişdi. Onun yığma ilə əvvəlki müqaviləsi bu ilin sonuna qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button