Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi – VİDEO

Futbol üzrə Braziliya və Argentina yığmaları yoxlama oyununda üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Cənubi Amerika nəhəngləri Səudiyyə Ərəbistanında qarşılaşıblar.

Matçın taleyini bir qol həll edib. Argentinalılar bu oyundan qalib ayrılıblar. “Tanqoçular”ın yeganə qolunu 4 oyunluq cəzadan sonra sıraya dönən Lionel Messi vurub. “Barselona”nın ulduz futbolçusu 13-cü dəqiqədə penaltidən fərqlənib. Daha doğrusu, rəqib qolkiper onun zərbəsini dəf etsə tə, Messi təkrar toxunuşla matçda hesabı açıb. Braziliya yığmasında isə Qabriel Jezus 8-ci dəqiqədə qazandıqları penaltidən yararlana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button