Ardıcıl 9-cu dəfə çempion oldular
Futbol üzrə Bolqarıstan çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Ludoqorets” mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sözügedən komanda 27-ci tur çərçivəsində doğma meydanda “Beroe” ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan “Ludoqorets” xallarının sayını 65-ə çatdırıb və Sofiya ÇSKA-sı (51) ilə “Levski” (50) üçün əlçatmaz olub.
Qeyd edək ki, “Ludoqorets” bu çempionluğu məğlubiyyətsiz qazanıb. Bu, Razqard klubunun ardıcıl 9-cu çempionluğudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin