
Ardıcıl 7-ci çempionluq
Serbiya çempionatında yeni mövsümün qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Srvena Zvezda” 33-cü turunda “Baçka Topola”a 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 84-ə çatdırıb.
Belqrad klubu mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. İkinci pillədəki “Partizan”ın aktivində 70 xal var.
Bu, “Srvena Zvezda”nın ardıcıl 7-ci, ümumilikdə 35-ci çempionluğudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin