Ardıcıl 5-ci dəfə penalti zərbəsini dəf etdi!
İsveçrə milli komandasının qapıçısı Yan Sommer tarixi uğura imza atıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında nail olub. 61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
Sommer 2020-ci ilin noyabrından indiyədək 5 penaltinin qolla nəticələnməsinə icazə verməyib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin