
Arda zədələndi, “Real” narahat oldu
Arda Gülərin Türkiyə millisinin heyətində UEFA Millətlər Liqası çərçivəsində Uelsə qarşı keçirdiyi matçda (0:0) zədələnməsi “Real”ı ciddi narahat edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Gülər ciddi zədədən yayına bilib. “Kral klubu”nun səfərdə “Real Sosyedad”la qarşılaşacağı İspaniya çempionatının növbəti turunda Ardanın hazır olub-olmayacağı hələ məlum deyil.
Arda cari mövsümdə İspaniya çempionatında 3 matçda iştirak edib.
“Real” bir il əvvəl 20 yaşlı türkiyəli yarımmüdafiəçi üçün “Fənərbaxça”ya 20 milyon avro ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin