Ardanın “Real”dan ayrılmaq fikri yoxdur
“Real”ın yarımmüdafiəçisi Arda Gülər yay transfer pəncərəsində komandasını tərk etmək istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçunun başqa komandaya getmək istəyi ilə bağlı yayılan xəbərlər doğru deyil.
Arda Gülər mövsümün ilk yarısında müxtəlif zədələr səbəbindən komandasına kömək edə bilməyib. Onu icarəyə götürməkdə İspaniyanın bir sıra klublarının maraqlı olduğu bildirilirdi.
“Real” ötən yay yarımmüdafiəçinin transferi üçün “Fənərbaxça”ya 20 milyon avro ödəmişdi.
19 yaşlı futbolçu cari mövsümdə La Liqada cəmi 5 oyunda iştirak edib. O, bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin