Ardanın “Liverpul”a keçidinə nə mane ola bilər?

“Liverpul” “Real”ın yarımmüdafiəçisi Arda Gülərin xidmətində maraqlıdır.

20 yaşlı futbolçu “kral klubu”nun əsas heyətində nadir hallarda oynayır, buna görə də onun tezliklə ayrılacağı barədə söz-söhbətlər davam edir.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, türkiyəli oyunçu ilə maraqlanan klublar arasında “Liverpul” da var. Ardanın “Luverpul”a keçidinə “qırmızılar”ın yarımmüdafiəçisi Dominik Soboslayi ilə münaqişəsi mane (milli komandaların oyununda: Macarıstan – Türkiyə matçında yaşanan hadisə) ola bilər.

Arda bu mövsüm Karlo Ançelottinin komandasında 32 matçda iştirak edib, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button