Təki “Qalatasaray”a keçsin, pulsuz da oynamağa razıdır
“Başakşəhər”lə müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turan karyerasını “Qalatasaray”da davam etdirə bilər.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin əlini öpməklə gündəmə gələn futbolçunun əsas məqsədinin İstanbul klubuna qayıtmaq olduğu bildirilir. Ardanın “Qalatasaray”da məvacibsiz oynamağa da razı olduğu deyilir.
Futbolçunun müqavilə ilə məxsus olduğu “Barselona” ilə də danışıqlar apardığı və katalonların onun “Qalatasaray”a transfer olunacağı halda təzminat istəməyəcəyi bildirilir.
2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında “Başakşəhər”ə qatılan futbolçu, cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.
Bizi Facebook-da izləyin