Arda Turanın İspaniyada yaşadığı villanın sahibi şikayət etdi

“Barselona”nın sabiq futbolçusu Arda Turan Kataloniya klubunda olduğu müddətdə yaşadığı villanı dağıdıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli keçmiş futbolçunun vurduğu ziyan 230 min avronu keçib. Zədələnmiş divarlar, sınıq qapılar, çirkli hovuz – bunlar zərərin yalnız bir hissəsidir. Malikanə sahibi bu zərərə görə şikayətlənib:

“Onlar futbola baxırdılar və hər qoldan sonra pultu hovuza atırdılar. Buna görə də digər məişət cihazlarının əksəriyyətinin xarab olmağının ortaya çıxması təəccüblü deyil. Arda yalnız kondisionerlə maraqlanırdı, çünki onsuz İspaniyada asan deyil. Onlar “Barselona” oyunçularıdır, villadan əyləncələr üçün istifadə edirdilər. Siqaret külü sözün əsl mənasında vedrələrdə yığılıb və elektrik borcu 85 min avronu keçib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button