Arda Turan baş məşqçi təyin edildi
Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Arda Turan məşqçiliyə başlayıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu 1-ci liqada çıxış edən “Eyüpspor”un “sükanı arxasına” keçib.
Arda Turan futbolçu karyerasını ötən il başa vurub. O, Türkiyədə “Manisaspor” və “Başakşəhər”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin