Arda AÇ-2024-də qol vurdu, “Real” azarkeşlərinə təşəkkür etdi
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər Gürcüstan yığması ilə 2024-cü il Avropa çempionatı matçından sonra “Real” azarkeşlərinə təşəkkür edib.
Komanda.az xəbər verir ki, gənc futbolçu sosial şəbəkədə bunu paylaşıb:
“Dəstəyinizə görə təşəkkür edirəm, ailə”.
Türkiyə millisi 3:1 hesabı ilə qalib gəlib, gənc yarımmüdafiəçi baxımlı qola imza atıb.
Arda Avropa çempionatında debüt matçında qol vuran ən gənc futbolçu olub. O, Kriştiano Ronaldonun rekordunu geridə qoyub.
Türkiyə millisi növbəti oyunda Portuqaliya ilə qarşılaşacaq. Bu komandalar arasında görüş iyunun 22-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin