Arda Gülər: “Mühüm rol oynayana qədər dayanmayacam”

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​özünü klubda necə hiss etməsindən danışıb.

Türkiyəli futbolçunun Karlo Ançelottinin komandasındakı əvəzedici rolundan narazı olması ilə bağlı mətbuatda davamlı olaraq şayiələr dolaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta Ardanın mümkün gedişi ilə bağlı xəbərlər var, ancaq 20 yaşlı yarımmüdafiəçinin özü əmin edir ki, komandada yer almaq üçün mübarizəni davam etdirəcək:

“Mən “Real” azarkeşlərini sevirəm, onların dəstəyi mənim üçün çox şey deməkdir. Bura mühüm rol oynamaq üçün gəlmişəm və buna nail olana qədər dayanmayacam”.

Arda ​​bu mövsüm “Real”ın heyətində 30 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button