Arda Gülərin zədəsi ilə bağlı açıqlama

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin zədəsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyə millisinin üzvünün maksimum bir ay xəstəxana şəraitində qalacağını açıqlayıb.

Öncədən 18 yaşlı futbolçunun Madrid klubu ilə məşqdə zədələndiyi bildirilirdi. Məhz bu səbəbdən, o, “kral klubu”nun ABŞ-da baş tutan yoldaşlıq turnirindəki iştirakını vaxtından öncə başa vurub.

Arda iyulun 6-da “Fənərbaxça”dan La Liqa təmsilçisinə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button