Arda yenidən sıradan çıxdı

“Real”ın yarımmüdafiəçisi Arda Gülər yenidən zədələnib.

Komanda.az xəbər verir ki, 18 yaşlı futbolçu bu səbəbdən Madrid təmsilçisinin “Valensiya” ilə oyun üçün son məşqini də buraxıb. Arda komandadan ayrı şəkildə, idman salonunda məşq edir. 

Bu, Arda Gülərin “Real”a transfer olunduqdan sonra 3-cü zədəsidir. O, iyul ayında “Fənərbaxça”dan “kral klubu”na keçsə də, hələ də yeni klubunda debüt etməyib. 

“Real” – “Valensiya” oyunu bu gecə, saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button