
Arda Gülər “Real”ın prezidentinə xəbərdarlıq edib
İtaliyalı baş məşqçi Karlo Ançelotti gələn mövsüm komandada qalsa, Arda Gülər ”Real”ı tərk edə bilər.
Komanda.az “Confidential”-a istinadən xəbər verir ki, türkiyəli futbolçu bu barədə “kral klubu”nun prezidenti Florentino Pereslə söhbətində bildirib.
Ançelottinin ona verdiyi oyun vaxtı Güləri qane etmir. O, bu mövsüm “Real”ın heyətində ehtiyat oyunçular skamyasından meydana çıxdığı 34 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
Ardanın Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



