Arda Gülər “Real”dan ayrılacaq?

“Real”ın yarımmüdafiəçisi Arda Gülərin gələcək planları bəlli olub.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu yay transfer pəncərəsində komandadan ayrılmaq fikrində deyil. O, bir sıra klublardan təkliflər almasına baxmayaraq, “Real”da qalmağa qərar verib.

Arda Gülər hesab edir ki, yeni baş məşqçinin rəhbərliyi altında daha çox oynamaq və özünü göstərmək imkanı olacaq.

Cari mövsümdə bütün turnirlərdə 37 oyunda iştirak edən oyunçu 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Türk yarımmüdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button