
Arda Gülər “Fənərbaxça”ya 4 milyon avro qazandırıb
“Fənərbaxça” Arda Gülərin “Real”dakı 50-ci oyunu sayəsində əlavə bonus əldə edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında imzalanmış müqaviləyə əsasən, türkiyəli yarımmüdafiəçi 50 oyun keçirdikdən sonra “Real” “Fənərbaxça”ya 4 milyon avro ödəyəcək.
Anlaşmada həmçinin, iki klub arasında yoldaşlıq oyununun keçirilməsi də nəzərdə tutulub.
20 yaşlı futbolçu 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a transfer olunub. O, həmin vaxtdan bəri 50 oyunda meydana çıxaraq, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsinin müddəti 2028/29 mövsümünün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



