“Arda Gülər çox yaxşıdır, ondan razıyam”

“Real”ın baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçi Arda Gülərin oyununa münasibət bildirib.

Komanda.az xəbər verir ki, mətbuat konfransında jurnalistlər Alonsodan 20 yaşlı futbolçunun komandada yeni pleymeyker olub-olmayacağını soruşublar. İspaniyalı mütəxəssis suala belə cavab verib:

“Müasir futbolda oyunun idarəsini yalnız bir futbolçuya həvalə etmək mümkün deyil. Bunu biz bütün yarımmüdafiəçilərdən – Federiko Valverde, Dani Sebalyos, Orelyen Tçuameni – tələb edirik. Bizə balans lazımdır. Arda çox yaxşıdır, ondan razıyam, amma komandaya hər kəsin töhfəsi vacibdir”.

Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Yuventus”a qarşı keçirilən matçda (1:0) Arda start heyətində meydana çıxıb və oyunda parlaq çıxışı ilə yadda qalıb. Məhz Gülər qarşılaşmada ən çox ötürmə və topa toxunuş edən futbolçu olub.

1/4 finalda “Real”ın rəqibi “Monterrey”ə 2:1 hesabı ilə qalib gələn Dortmund “Borussiya”sı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button