
Arda Gülər səbirsizlənir – FOTO
“Real”ın yeni transferi Arda Gülər sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Madrid klubunun azarkeşlərinə müraciət edib:
“Hər kəsə salam! “Santyaqo Bernabeu”da keçirəcəyim ilk oyun üçün səbirsizlənirəm. Fantastik qarşılama üçün çox sağ olun!”
Türkiyə millisinin üzvü “kral klubu” ilə altı illik müqavilə imzalayıb. O, 2019-cu ildən “Fənərbaxça”da forma geyinirdi.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin