
Arda “Fənərbaxça”ya 2 milyon avro qazandırdı
İspaniya çempionatının 11-ci turu çərçivəsində “Real” “Valensiya” üzərində inamlı qələbə qazanıb – 4:0.
Qarşılaşmada türkiyəli yarımmüdafiəçi Arda Gülər də meydana çıxıb. Bu oyun onun “kral klubu”nun heyətində 75-ci matçı olub.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “Real” bu qarşılaşmadan sonra Ardanın keçidindəki bonus maddəsinə əsasən, onun keçmiş klubu “Fənərbaxça”ya 2 milyon avro ödəməlidir.
20 yaşlı futbolçu 2023-cü ilin yayında Madrid klubuna transfer olunub. O, “Real”ın heyətində keçirdiyi 75 oyunda 15 qol vurub və 17 məhsuldar ötürmə verib.
Ardanın “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



