Arda: “Bellingemlə oynamağı çox sevirəm”

“Real”ın yarımmüdafiəçisi Arda Gülər komanda yoldaşı Çud Bellingemlə birgə oyunu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçu, həmçinin, Orelyen Tçuameni və Eduardo Kamavinqa ilə birlikdə meydana çıxmağı da məmnunluqla qeyd edib:

“Onunla, həmçinin, Tçuameni və Kamavinqa ilə oynamağı çox sevirəm. Hamısı möcüzələr yarada bilir. Biz çox şadıq ki, Bellingem geri qayıtdı”.

Bellingem yeni mövsümün əvvəlində çiyin zədəsi səbəbindən meydana çıxa bilmirdi. Hazırda onun hesabına bütün turnirlərdə 7 oyun və 1 qol daxildir. Arda isə bu mövsüm 12 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Real” oktyabrın 26-da evdə “Barselona” ilə, La Liqanın 10-cu tur matçında qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button