
Arda: “Çempionlar Liqası “Real”ın turniridir”
“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”lə qarşılaşacaqları oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, türkiyəli futbolçu Çempionlar Liqasının “Real”ın turniri olduğunu bildirib:
“Çempionlar Liqası “Real”ın turniridir. Ümid edirəm ki, səfərdə yaxşı nəticə qazanıb, evə əlverişli hesabla qayıdacağıq”.
“Bayern”lə “Real” arasında ilk görüş aprelin 30-da Münhendə baş tutacaq. Cavab qarşılaşması bir həftə sonra İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin