Arda bu göstəricidə “Real”ın ən yaxşısıdır

“Real”ın yarımmüdafiəçisi Arda Gülər yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında oyunlarda parlaq çıxış edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Karlo Ançelotti dövründə start heyətinə düşməkdə çətinlik çəkirdisə, Alonso ona dərhal şans verib.

İspaniyalı çalışdırıcının rəhbərliyi altında keçirilən 7 matçda (yoxlama oyunları da daxil) Arda üç qol ötürməsi ilə bu göstəricidə komandanın ən məhsuldar oyunçusu olub. Bundan başqa, onun hesabında bir qol da var.

Son olaraq, Arda Gülər dünən “Real”ın Avstriyanın “Tirol” klubunu 4:0 hesabı ilə məğlub etdiyi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xabi Alonso avqustun 19-da La Liqada “Real”ın baş məşqçisi kimi debüt edəcək, rəqib “Osasuna”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button