
“Arda yüz faiz hazır olanda meydana çıxacaq” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Arda Gülərlə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis türkiyəli futbolçunu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən “Braqa”ya qarşı matçda (3:0) oynatmaması ilə bağlı danışıb:
“Arda ilə yaxından maraqlanırıq. İki önəmli zədədən sağaldı. Təxminən bir həfədir komanda ilə məşqlərdə çalışır. Arda yüz faiz hazır olanda meydana çıxacaq”.
Arda bu yay “Fənərbaxça”dan Madrid təmsilçisinə keçib. Ancaq o zədə səbəbindən “Real”da hələ də debüt edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin