Arazlı “Etnikos” cari mövsümdə ilk dəfə xal sevinci yaşadı

Futbol üzrə Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Doxa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.

Keçirdiyi əvvəlki oyunlardan məğlubiyyətlə ayrılan “Etnikos” hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button